Yuxarı

Azərbaycan Prezidenti "Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də dəyişikliklər barədə fərman imzalayıb

Xitam və bərpa” sözləri “bərpa və Azərbaycan Respublikasının vətəndaşlığından çıxma” sözləri ilə əvəzlənib

Bakı. 21 May. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, fərmanda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”ni “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1340-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 9.18-ci bənddə “xitam və bərpa” sözləri “bərpa və Azərbaycan Respublikasının vətəndaşlığından çıxma” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 9.18-2-ci bənd əlavə edilsin:

“9.18-2. şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət etmək;”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi