Azərbaycan Prezidenti Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verib

Azərbaycan Prezidenti Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verib Sərəncamla polis general-mayoru İsmət Rəşid oğlu Əliyevə polis general-leytenantı ali xüsusi rütbəsi verilib
Daxili siyasət
1 İyul , 2015 12:14
Azərbaycan Prezidenti Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verib

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verilməsi haqda sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncamla polis general-mayoru İsmət Rəşid oğlu Əliyevə polis general-leytenantı ali xüsusi rütbəsi verilib. 

Polis polkovnikləri Seyfulla Səttar oğlu Əzimova və Əkbər Arif oğlu Yusifova polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Qeyd edək ki, iyulun 2-də Azərbaycanda Polis Günü qeyd olunur.  

Son xəbərlər

Orphus sistemi