Dövlət başçısı: Bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir

Dövlət başçısı: Bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət, - bunu hamı bilir, - daxili siyasətin davamıdır.
Daxili siyasət
14 Fevral , 2024 18:16
Dövlət başçısı: Bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir

Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət, - bunu hamı bilir, - daxili siyasətin davamıdır.

"Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.

“Bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Son xəbərlər

Orphus sistemi