Azərbaycan Prezidenti: "Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik"

Azərbaycan Prezidenti: "Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik" Azərbaycan Prezidenti: "Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik"
Daxili siyasət
135
17 Oktyabr , 2021 17:12
Azərbaycan Prezidenti: Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik
İlham Əliyev

"Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik. Ötən bir il ərzində bu istiqamətdə böyük işlər görülüb. Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar".

"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Ötən bir il ərzində görülən genişmiqyaslı bərpa və quruculuq işləri barədə danışan dövlətimizin başçısı deyib: “Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb. Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq”.

Son xəbərlər

Orphus sistemi