Yuxarı

Azərbaycan Prezidenti bir qrup elm xadiminə fərdi təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb - SİYAHI

Onlar Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə fərdi təqaüd alacaqlar

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev bir qrup elm xadiminə fərdi təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncama əsasən Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. 

Hüseynov Emil Kamiloviç

Hüseynov Rauf Vəli oğlu

Qasımov Rafiq Yunisəli oğlu

Mahmudov Hikmət İsmayıl oğlu

Rüstəmov Musa İsmayıl oğlu

Rzayev Bayram Zülfüqar oğlu

Salahov Mustafa Səttər oğlu

Vəlixanova Fəridə Ağa Əli qızı.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi