Yuxarı

Azərbaycan Prezidenti Asiya İnkişaf Bankının rəhbərini qəbul edib

Görüşdə əməkdaşlığın konkret perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev aprelin 30-da Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Report"un məlumatına görə, görüşdə Azərbaycan ilə beynəlxalq maliyyə qurumları, o cümlədən Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın önəmi bildirilib, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir məkan olduğu məmnunluqla qeyd edilib. Bu baxımdan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb və tədbirə hazırlıq işlərinin yüksək səviyyədə təşkil edildiyi bildirilib.

Söhbət zamanı Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında həyata keçirilən uğurlu layihələrin əhəmiyyətindən danışılıb və əməkdaşlığın konkret perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi