Azərbaycan parlamentinin sabahkı plenar iclasının gündəliyi açıqlanıb

Azərbaycan parlamentinin sabahkı plenar iclasının gündəliyi açıqlanıb İclasda 15 məsələ müzakirə olunacaq
Daxili siyasət
27 Noyabr , 2014 15:37
Azərbaycan parlamentinin sabahkı plenar iclasının gündəliyi açıqlanıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) noyabrın 28-də keçirilməsi planlaşdırılan növbəti plenar iclasında müzakirə olunacaq məsələlərin siyahısı açıqlanıb. MM-dən "Report"a verilən xəbərə görə, iclasın gündəliyinə 15 məsələnin müzakirəsi daxil edilib.

Siyahıda “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında”, eləcə də Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında qanun layihələrinin təsdiqi məsələləri var.

Eyni zamanda iclasda M.N.Əlişanovanın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi, “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair” Sazişin müzakirə edilməsi də nəzərdə tutulub.

Müzakirə olunacaq məsələlər sırasında bir neçə qanun layihəsinə dəyişikliklər də yer alıb. Belə ki, “İcbari sığortalar haqqında”; “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Məşğulluq haqqında” qanunlarına, eləcə də Vergi Məcəlləsi, Əmək Məcəlləsinə dəyişikliklər müzakirə olunacaq.

Həmçinin Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi gündəliyə daxil edilən məsələlər sırasında yer alıb.

Son xəbərlər

Orphus sistemi