Bakı. 22 iyun. REPORT.AZ/ "İslam Əməkdaşlıq Təşkilatının üzvləri kimi İslam Həmrəyliyi Oyunlarında iştirak etmək niyyətindəyik. Bu iki yarışa ev sahibliyi etməklə Azərbaycan bir daha özünü Şərqlə Qərb arasında körpü kimi təqdim etdi". "Report" xəbər verir ki, bunu İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak Azərbaycan Respublikasının Prezidenti
Səfir qeyd edib ki, Azərbaycan həmçinin özünü Şərqlə Qərbin sülh körpüsü, tolerantlıq, başqalarını qəbul etmə, terrorizm və terrorçularla mübarizə nümunəsi kimi təqdim etdi: "İnşallah, hər şey Azərbaycanın tərəfində olacaq. Bu müqəddəs Ramazan ayında Azərbaycan hökuməti və xalqına səmimi salamlarımızı və hörmətimizi çatdırmaq istərdik".