Milli Məclis Azərbaycan Ombudsmanının hesabatını qəbul edib - YENİLƏNİB

Milli Məclis Azərbaycan Ombudsmanının hesabatını qəbul edib - YENİLƏNİB Fəaliyyəti dövründə Müvəkkilin ünvanına ümumilikdə 114 690 müraciət daxil olub
Daxili siyasət
6 Mart , 2015 13:11
Milli Məclis Azərbaycan Ombudsmanının hesabatını qəbul edib - YENİLƏNİB

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2014-cü il üzrə illik məruzəsi dinlənilib. “Report” xəbər verir ki, illik məruzəni Ombudsman Elmira Süleymanova oxuyub.

Onun sözlərinə görə, fəaliyyəti dövründə Müvəkkilin ünvanına ümumilikdə 114 690, 2014-cü ildə isə 13 150 müraciət daxil olub: "Həmin müraciətlərin 74,2%-i şikayətlərdən, 25,8%-i isə ərizələrdən ibarət olub. Keçən il aparatda və regional mərkəzlərdə ümumilikdə 2 468 şəxs ilkin olaraq qəbul edilib, 388 şəxs isə əvvəllər təqdim etdikləri müraciətlə bağlı aparata qəbul olunub, onlara müvafiq məsləhət və izahatlar verilib".

E.Süleymanova deyib ki, şikayətlərin 49%-i baxılması üçün icraata qəbul olunub, bunlardan 56,8%-i təmin olunub.

Müzakirələrdən sonra Ombudsmanın illik hesabatı səsverməyə çıxarılaraq qəbul olunub.

Son xəbərlər

Orphus sistemi