Azərbaycan Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi təsdiqlənib

Azərbaycan Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi təsdiqlənib Bununla bağlı sənədi baş nazir Artur Rasi-zadə imzalayıb
Daxili siyasət
176
31 Mart , 2017 08:56
Azərbaycan Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi təsdiqlənib

Bakı. 31 mart. REPORT.AZ/ Nazirlər Kabineti Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibini təsdiq edib.

"Report"un xəbərinə görə, bununla bağlı sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Komissiyanın sədri vergilər naziri Fazil Məmmədovdur. Maliyyə nazirinin müavini komissiya sədrinin müavinidir.

Komissiyanın üzvləri isə Dövlət Statistika Komitəsi Aparatının Qiymət statistikası şöbəsinin müdiri, Vergilər Nazirliyinin vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru, Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Metrologiya şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyinin Strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin müdir müavini, Mərkəzi Bankının Nağd Pul Departamentinin direktoru, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı sədrinin müavinidir.

Son xəbərlər

Orphus sistemi