Siyavuş Novruzov: “Azərbaycan neftdən gələn gəlirləri ən uğurlu istifadə edən ölkədir”

Siyavuş Novruzov: “Azərbaycan neftdən gələn gəlirləri ən uğurlu istifadə edən ölkədir” "Azərbaycanda olan inkişaf idrakı sönük partiya sədrlərini narahat etməyə başlayıb"
Daxili siyasət
2 Fevral , 2015 13:03
Siyavuş Novruzov: “Azərbaycan neftdən gələn gəlirləri ən uğurlu istifadə edən ölkədir”

Bakı. 2 fevral. REPORT.AZ/ “Azərbaycan neftdən gələn gəlirləri ən uğurlu istifadə edən ölkədir. Bunu Dünya Bankı da yüksək qiymətləndirib”. “Report” xəbər verir ki, bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasındakı çıxışında deyib.

O əlavə edib ki, ölkədə pensiyalar artırılır, yeni iş yerləri açılır: “Azərbaycanda olan inkişaf idrakı sönük partiya sədrlərini narahat etməyə başlayıb. Müxtəlif primitiv formada şərh verirlər. Halbuki, Azərbaycan neftdən gələn gəlirləri ən uğurlu istifadə edən ölkədir. Bunu Dünya Bankı yüksək qiymətləndirib. Məktəblərin, xəstəxanaların tikilməsinə, elektrik sisteminin yenidən təşkil edilməsinə, istehsal və emal müəssisələrinə xeyli vəsait qoyulub. Bu məsələlərə qarayaxma edirlər. I Avropa Oyunları yaxınlaşdıqca, böhtanların sayı artmaqdadır. Lakin hər zaman olduğu kimi Azərbaycan öz haqq yolundadır. Təbii ki, bundan sonra da bu yolu davam etdirmək lazımdır”.

Son xəbərlər

Orphus sistemi