Azərbaycan MSK bəzi DSK-ların qərarlarını ləğv edib - SİYAHI

Azərbaycan MSK bəzi DSK-ların qərarlarını ləğv edib - SİYAHI Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Daxili siyasət
25 Noyabr , 2014 17:25
Azərbaycan MSK bəzi DSK-ların qərarlarını ləğv edib - SİYAHI

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, iclasda əvvəlcə MSK-nın 21 noyabr 2014-cü il tarixli iclasının protokolu təsdq edilib.

İclasda məlumat verilib ki, 84 saylı Füzuli Dairə Seçki Komissiyası (DSK) üzrə Böyük Bəhmənli kənd bələdiyyəsi üzvlüyünə namizədliyi irəli sürülmüş Musa İsmayılov namizədliyinin DSK tərəfindən qeydə alınmaması ilə bağlı MSK-ya müraciət edib. Qeyd olunub ki, məsələyə MSK-nın Ekspert Qrupunda baxılıb. Məlum olub ki, imza vərəqəsində ay adlarının yazılışında texniki səhvə yol verildiyi üçün DSK M.İsmayılovun namizədliyini qeyd almayıb. MSK Ekspert Qrupu namizədliyini irəli sürən M.İsmayılovun imza vərəqəsindəki 34 imzanın etibarlı olduğu qənaətinə gəlib. MSK-nın Ekspert Qrupu DSK-nın qərarının ləğv edilərək M.İsmayılovun namizədliyinin qeydə alınmasını məqbul sayıb. Məsələ MSK-da səsverməyə qoyularaq qəbul edilib.

MSK 75 saylı Lənkəran-Masallı DSK tərəfindən Çərçuvar bələdiyyəsi üzrə namizədliyi qeydə alınmayan İslam Qafarovun namizədliyinin qeydə alınması barədə də müraciətə baxıb və İ.Qafarovun lehinə qərar qəbul edib.

MSK 71 saylı Masallı Kənd DSK tərəfindən Ərkivan bələdiyyəsi üzrə namizədliyi qeydə alınmayan Cəfər Cəfərovun şikayətini isə əsassız sayıb və DSK-nın qərarını qüvvədə saxlayıb. Belə ki, MSK-nın Ekspert Qrupu tərəfindən araşdırma zamanı imza vərəqəsindəki 56 imza etibarlı sayılmayıb. Eyni zamanda namizəd üçün imza topladığı iddia edilən şəxsin də imizatoplama kampaniyasında iştirak etmədiyi üzə çıxıb.

MSK 75 saylı Lənkəran-Masallı DSK tərəfindən Xıl bələdiyyəsi üzrə namizədliyi qeydə alınmayan Əlvan Məmmədovun isə namizədliyinin qeydə alınması barədə qərar qəbul edib.

Beləliklə, MSK 3 DSK-nın qərarını ləğv edib, 1 DSK-nın isə qərarını qüvvədə saxlayıb.

Sonra bəzi seçki komissiyalarının tərkibində dəyişiklər edilməsi ilə bağlı qərarlar qəbul edilib

Son xəbərlər

Orphus sistemi