Azərbaycanda doqquz ali təhsil müəssisəsi publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq - YENİLƏNİB

Azərbaycanda doqquz ali təhsil müəssisəsi publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq - YENİLƏNİB Azərbaycan Memarlıq və İnşaat Universitetinə publik hüquqi şəxs statusu verilib.
Daxili siyasət
10 Sentyabr , 2024 17:45
Azərbaycanda doqquz ali təhsil müəssisəsi publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq - YENİLƏNİB

Azərbaycanda daha beş ali təhsil müəssisəsi publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.

"Report"un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.

Qərarlarla Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.

Həmin ali təhsil müəssisələrinin nizamnamələri də təsdiqlənib.

10:23

Azərbaycanda dörd universitet publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.

"Report"un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.

Qərarlarla Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti və Azərbaycan Texnologiya Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq. Həmin ali təhsil müəssisələrinin nizamnamələri də təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi