Azərbaycan İlahiyyat İnstitutunda Milli Dirçəliş Gününə həsr olunmuş vebinar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda Milli Dirçəliş Gününə həsr olunmuş vebinar keçirilib Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Milli Dirçəliş Gününə həsr olunmuş vebinar keçirilib.
Daxili siyasət
16 Noyabr , 2024 17:21
Azərbaycan İlahiyyat İnstitutunda Milli Dirçəliş Gününə həsr olunmuş vebinar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Milli Dirçəliş Gününə həsr olunmuş vebinar keçirilib.

Bu barədə “Report”a Aİİ-dən məlumat verilib.

Bildirilib ki, “Microsoft Teams” platforması üzərindən təşkil olunan vebinarda Aİİ-nin tələbələri iştirak ediblər.

Tədbirdə Aİİ İslamşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Mustafa tarixi gün haqqında geniş məlumat verib, Milli Dirçəliş Gününədək baş vermiş tarixi hadisələr barədə ətraflı məlumat verib:

“Həmin dövrdə yüzminlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz edib, Bakıdakı Azadlıq meydanına axışıb, uzunmüddətli mitinqlərə başlayıb”.

Bundan sonra baş vermiş tarixi hadisələri ardıcıllıqla şərh edən R.Mustafa 1990-cı ildə törədilmiş 20 Yanvar hadisələrinin azadlıq hərəkatını daha da gücləndirdiyini vurğulayıb.

Məruzəçi Azərbaycanın müstəqilliyinin bərpası dövrünə də diqqət çəkib. Ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyin dirçəlişi istiqamətində gördüyü işləri vurğulayıb.

Milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun hansı çətin mərhələlərdən keçdiyini nəzərə çatdıran R.Mustafa 44 günlük Vətən müharibəsində qazanılan qələbənin birliyin və bərabərliyin nəticəsi olduğunu bildirib. O, Vətən müharibəsi zəfərlə sonlandıqdan sonra Azərbaycanın suverenliyinin tam bərpası istiqamətində Prezident İlham Əliyevin gördüyü işləri vurğulayıb: “Hazırda tarixi torpaqlarımızda yenidənqurma və bərpa işləri geniş vüsət alıb”.

Vebinar müzakirələrlə davam edib.

Son xəbərlər

Orphus sistemi