Azərbaycan hökuməti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlıq müddəti uzadılıb

Azərbaycan hökuməti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlıq müddəti uzadılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
5 İyun , 2015 20:59
Azərbaycan hökuməti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlıq müddəti uzadılıb

Bakı. 5 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan hökuməti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi və onun qüvvədəolma müddətinin uzadılması haqqında Protokolun təsdiq edilməsi barədə sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi və onun qüvvədəolma müddətinin uzadılması haqqında 2015-ci il martın 18-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilib. 

Ədliyyə Nazirliyinə bu sərəncamın birinci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinə bildiriş göndərmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi