Bakı. 3 sentyabr. REPORT.AZ/ Prezident
Prezidentin imzaladığı digər sərəncamla Mustafa Baba oğlu Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, Mustafa Babanlı indiyədək Azərbaycan Texniki Universitetinin prorektoru vəzifəsində çalışıb.
O, 1968-ci il fevral ayının 21-də anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, həmin il də Kiyev Texniki Universitetinin (əvvəlki KPİ) mühəndis-fizikası fakultəsinin Metallar Fizikası ixtisasına daxil olub. M.Babanlı 1989-cu ildə Ukrayna Milli Texniki Universitetinin (əvvəlki Kiyev Politexnik İnstitutunun) mühəndis-fizikası fakultəsinin “Metallar Fizikası” ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının “Kristal” təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis texnoloq kimi əmək fəaliyyətinə başlayıb.
M.Babanlı 1990-1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil alıb, 1993-cü ildə vaxtından əvvəl, 01.04.07-“Bərk cisimlərin fizikası” ixtisası üzrə, “İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, Fizika-Riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb.
M.Babanlı 1996-cı ildən Azərbaycan Texniki Universitetinin “Metallurgiya və metalşünaslıq” kafedrasında işləyir. Əvvəlcə assistent 2001-ci idən 2010-cu ilədək dosent vəzifəsində çalışıb.
04.11.2010-cu il tarixində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib. 29.12.2010-cu il tarixdə müsabiqə yolu ilə “Metallurgiya və metalşünaslıq” kafedrasının professoru vəzifəsinə seçilib.
1994-cü ildən etibarən Ukrayna Milli Elmlər Akademiyası Metallar Fizikası İnstitutu (Kiyev), Fransa Ali Kimya Məktəbi (Paris, Fransa), Fransa Elmi Araşdırmalar Mərkəzi (Vitri, Fransa), Balear adaları Universiteti (Palma de Malyorka, İspaniya), Frayberq Dağ-Mədən Akademiyası – Texniki Universitet (Frayberq, Almaniya) ilə sıx elmi əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində “STCU-453” (1997-1999), “DNİPRO” (1999-2002), “ECONET” (2002-2005), “STCU-3520” (2006-2009), “CNRS-ANAS” (2009-2010), “CNRS-ANAS” (2010-2011) “STCU-5078” (2010-2011) və “STCU-5595” (2012-2013) kimi beynəlxalq elmi layihələrə rəhbərlik edib.