Azərbaycan Demokratiya və Rifah Hərəkatı İdarə Heyətinin ilk toplantısı keçirilib

Azərbaycan Demokratiya və Rifah Hərəkatı İdarə Heyətinin ilk toplantısı keçirilib Hərəkatın rayon təşkilatlarının sayı artırılacaq
Daxili siyasət
26 Fevral , 2015 09:36
Azərbaycan Demokratiya və Rifah Hərəkatı İdarə Heyətinin ilk toplantısı keçirilib

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətinin ilk toplantısı keçirilib.

Hərəkatdan "Report" verilən məlumata görə, toplantıda ADR qarşısında duran vəzifələr müzakirə olunub. Qərara alınıb ki, Hərəkatın təsis sənədləri qısa müddət ərzində rəsmi dövlət qeydiyyatından keçmək üçün Ədliyyə Nazirliyinə təqdim olunsun.

Yaxın aylar üçün iş qrafiki də tərtib olunub. Növbəti 3 ayda rayon təşkilatlarının sayının 55-ə çatdırılması üçün 22 rayon üzrə planlaşmalar aparılıb. İclasda ADR İdarə Heyətinin işinin daha yaxşı qurulması üçün təşkilati, konseptual, ictimaiyyətlə əlaqələr, beynəlxalq əlaqələr, informasiya və təbliğat, humanitar istiqamətlər üzrə səlahiyyətlərin bölüşdürülməsi ətrafında fikir mübadiləsi aparılıb və növbəti toplantıda bu istiqamətdə müzakirələrin davam etdirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi