*** saat 12:08
Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.
“Report” xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, bu, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə edilir.
Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə deputat Vüsal Hüseynov seçilib.