Azərbaycan Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatın minimum normaları haqqında” 102 saylı Konvensiyasını ratifikasiya edə bilər

Azərbaycan Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatın minimum normaları haqqında” 102 saylı Konvensiyasını ratifikasiya edə bilər Azərbaycan Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatın minimum normaları haqqında” 102 saylı Konvensiyasını ratifikasiya edə bilər.
Daxili siyasət
28 Avqust , 2023 16:00
Azərbaycan Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatın minimum normaları haqqında” 102 saylı Konvensiyasını ratifikasiya edə bilər

Azərbaycan Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatın minimum normaları haqqında” 102 saylı Konvensiyasını ratifikasiya edə bilər.

"Report"un xəbərinə görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramı"nda əksini tapıb.

Qeyd edilib ki, Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatın minimum normaları haqqında” 102 saylı Konvensiyasının ratifikasiya edilməsi imkanlarının araşdırılması üçün əsas icraçı qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Bundan başqa, Xarici İşlər Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Həmkarlar İttifaqları Konfederasiyası 2024– 2026-cı illər ərzində Konvensiyanın ratifikasiya edilməsi imkanlarının araşdırılması məqsədilə işçi qrupun yaradılması, İşçi qrup tərəfindən Konvensiyanın və ya onun ayrı-ayrı fəsillərinin qəbulunun mümkünlüyünə dair təkliflər verilməsi və yekun hesabatın hazırlanması və aidiyyəti üzrə təqdim edilməsini təmin etməlidir.

Son xəbərlər

Orphus sistemi