Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti ayrıca struktur kimi fəaliyyət göstərəcək

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti ayrıca struktur kimi fəaliyyət göstərəcək Baş Prokurorluğun strukturunda Mətbuat xidməti və İnformasiya-kommunikasiya texnologiyaları idarəsi yaradılıb
Daxili siyasət
24 Dekabr , 2016 15:10
Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti ayrıca struktur kimi fəaliyyət göstərəcək

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti bundan sonra ayrıca struktur kimi fəaliyyət göstərəcək.

"Report" xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Baş Prokurorluğun strukturunda Mətbuat xidməti və İnformasiya-kommunikasiya texnologiyaları idarəsi yaradılıb. Mətbuat xidməti şöbə səlahiyyətli olacaq.

Ümid edirik ki, yeni formalaşdırılan Mətbuat xidməti ötən dövrlərdə olduğu kimi kütləvi informasiya vasitələri ilə əlaqələrin daha çevik və effektli qurulmasına töhfəsini əsirgəməyəcək.

Yeni struktura gələcək fəaliyyətində uğurlar diləyirik.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov həmin vəzifəyə 2008-ci ildə təyin edilib. Bundan əvvəl isə o, Baş Prokurorluğun Təşkilat-Analitik idarəsində prokuror vəzifəsində işləyib. 

Son xəbərlər

Orphus sistemi