Yuxarı

Azay Quliyev Xədicə İsmayılovanın həbs edilməsinə münasibət bildirib

​Siyasi və ya jurnalist fəaliyyəti heç kimə məhkəmə təqibindən immunitet hüququ vermir

Bakı. 8 dekabr. REPORT.AZ/ “Jurnalist Xədicə İsmayılovanın həbsində hər hansı bir siyasi məqam və ya jurnalist fəaliyyəti ilə bağlılıq yoxdur, o, konkret bir şəxsin - vaxtilə həmkar olduğu bir gəncin şikayəti ilə saxlanılıb və haqqında həbs qətimkan tədbiri seçilib”. “Report”un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.

Onun sözlərinə görə əvvəllər ciddi münasibətləri olmuş şəxslər arasında baş verən hadisəyə digərinin şikayəti əsasında hüquq-mühafizə orqanlarının qanuni reaksiyasına bəzi qurumlar tərəfindən siyasi don geyindirilməsi cəhdi anlaşılan deyil və qətiyyən yolverilməzdir: “Ən azı ona görə ki, Xədicə İsmayılova hökumət qurumlarının ittihamı ilə deyil, öz həmkarı və yaxın münasibətdə olan şəxsin şikayəti ilə həbs olunaraq haqqında araşdırmalar aparılır. Hamı bilməlidir ki, siyasi fəaliyyət, peşəkar jurnalist fəaliyyəti heç kimə məhkəmə təqibindən immunitet hüququ vermir.

Azərbaycan Respublikasında söz, mətbuat və informasiya azadlıqları mövcuddur və heç kim bu fəaliyyətə görə təqib olunmur”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi