Yuxarı
    Bağlamaq

    Azay Quliyev: “Xarici donor maliyyə hüquqi prosedurları keçməyərək maliyyə ayırmaq istəyirsə, Şuranın bank hesablarından istifadə edə bilər”

    “Maliyyə hesabatı verilməsinin tələb kimi qoyulması qanunvericilikdən çıxarıla bilər”© Report.az
    Bakı. 18 aprel. REPORT.AZ/ “Avropa İttifaqı ilə Avropa Şurasının birgə layihəsi olan “Azərbaycanda vətəndaş cəmiyyəti dialoqu” layihəsi çərçivəsində Avropa Şurasının beynəlxalq QHT Konfransının QHT qanunvericiliyi üzrə ekspertlər şurası ilə birgə hazırlanan hesabatda bəzi ziddiyyətli məqamlar var”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qeyri-hökumət təşkilatlarına dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması mövzusunda keçirilən konfransda deyib.

    O bildirib ki, Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklikləri şərtləndirən üç amil var: “Onlardan birincisi şəffaflıqdır. Yəni, xarici qrantlarla bağlı şəffaflığa nail olmaqdır. İkinci amil isə donorların fəaliyyətində müəyyən təkrarçılığın qarşısını almaqdır. Təkrarçılıq olduqda həyata keçirilən layihələrin effekti ola bilməz. Üçüncü amil isə milli təhlükəsizlik məsələsidir. Bilirsiz ki, bəzən QHT adı altında radikal birləşmələr maliyyələşdirilir, terrorçuluğa dəstək həyata keçirilir. Biz bunların qarşısını almaq üçün qanunvericilikdə dəyişikliklər etdik. Bu məsələdə təklif irəli sürmüşük. Əgər xarici donor maliyyə hüquqi prosedurları keçməyərək maliyyə ayırmaq istəyirsə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bank hesablarından istifadə edə bilər. Həmin maliyyə olduğu kimi respiyentə çatdırılacaq”.

    A.Quliyev xatırladıb ki, QHT-lərin Maliyyə Nazirliyinə maliyyə hesabatı verirlər: “Bu, müzakirə olunmalıdır. Müzakirələrdə onların maliyyə hesabatı verməsi məsələsinə baxılmalıdır. Yəni, maliyyə hesabatı verilməsinin tələb kimi qoyulması qanunvericilikdən çıxarıla bilər”.

    Şura sədri onu da qeyd edib ki, qeyri-hökumət təşkilatları ilə bağlı tövsiyələr müzakirə olunmalıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi