Azay Quliyev: "Sosial şəbəkələr vasitəsilə milli-mənəvi dəyərlərimiz mənəvi terrora məruz qalır"

Azay Quliyev: "Sosial şəbəkələr vasitəsilə milli-mənəvi dəyərlərimiz mənəvi terrora məruz qalır"
Daxili siyasət
80043
13 Fevral , 2019 17:12
Azay Quliyev: Sosial şəbəkələr vasitəsilə milli-mənəvi dəyərlərimiz mənəvi terrora məruz qalır
Qeyri-Hökumət Təşkilatlarna Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev / Report/ Firi salim

Bakı. 13 fevral. REPORT.AZ/ "Sosial şəbəkələr vasitəsilə milli-mənəvi dəyərlərimiz mənəvi terrora məruz qalır".

"Report" xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının qərargahında Qeyri-Hökumət Təşkilatlarının (QHT) nümayəndələri ilə görüşdə Prezident yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

"Sosial şəbəkələrdə dövlət, hakimiyyət orqanlarını gözdən salmağa çalışırlar. Bunu düşünülmüş siyasi məqsədlərlə edirlər. Sosial şəbəkələrdə söyüş adi hala çevrilib. Müzakirələr aparmalıyıq və elə bir yol tapmalıyıq ki, insanlar söyüşə məruz qalmasın", - deyə, A.Quliyev əlavə edib.