Azay Quliyev Azərbaycan haqqında kitab yazan fransalı yazıçı ilə görüşüb

Azay Quliyev Azərbaycan haqqında kitab yazan fransalı yazıçı ilə görüşüb Şura sədri yazıçıya hazırda üzərində çalışdığı kitabın nəşri ilə bağlı dəstək verməyə hazır olduğunu bildirib
Daxili siyasət
22 Yanvar , 2015 22:25
Azay Quliyev Azərbaycan haqqında kitab yazan fransalı yazıçı ilə görüşüb

BAKI. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Azərbaycanda qonaq olan fransalı yazıçı-publisist Jan Luis Gouard ilə görüşüb.

"Report"un məlumatına görə, görüş zamanı J.L.Gouard qeyd edib ki, 2013-cü ildə YUNESKO-nun qərarı ilə Azərbaycanın çovkan milli oyununun dünya mədəni irsinə daxil edilməsindən sonra atlar vasitəsilə oynanan bu oyun barədə Avropa vətəndaşlarının məlumatlandırılması üçün Qarabağ atları haqqında kitab yazıb. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Qarabağın atları” kitabının Kann şəhərində təqdimatı olub və müəllif J.L.Gouard 2014-cü ildə bu nəşrə görə “Ambassador of International Horse Show” mükafatına layiq görülüb. Növbəti kitabını Azərbaycan qadınları haqqında yazmağı planlaşdıran J.L. Gouard hazırda müvafiq tarixi materialları toplamaqla məşğul olduğunu bildirib.

Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun Azərbaycan milli mədəniyyətinin xarici ölkələrdə, o cümlədən Fransada təbliğinə xüsusi önəm verdiyini vurğulayıb. Azay Quliyev bildirib ki, ölkəmizin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr qrupuna rəhbərlik etməklə Fransa ilə mədəni və siyasi əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi işinə böyük töhfələr verir. Heç təsadüfi deyil ki, Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı böyük önəm daşıyan layihələr bu gün məhz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Parisdə, digər Avropa ölkələrinin paytaxtlarında təqdim olunaraq, dünyaya tanıdılır.

Azay Quliyev qonağın diqqətinə çatdırıb ki, Şuranın ötən iki il ərzində bu istiqamətdə Avropa ölkələrini təmsil edən onlarla QHT-nin layihəsinə dəstək verib və bu iş indi də davam etdirilir. Şura sədri 2014-cü ildə Azərbaycanda qadın hüquqlarının müdafiəsi və gender məsələlərilə bağlı xarici QHT-lərin hazırladığı hesabatın Fransa Senatında təqdimatını xatırladaraq ölkəmizin ictimai, siyasi və sosial həyatında qadınların mühüm rolundan danışıb. Şura sədri rəhbərlik etdiyi qurumun yazıçıya hazırda üzərində çalışdığı kitabın hazırlanması, nəşri və tərcüməsilə bağlı hər cür dəstək verməyə hazır olduğunu bildirib.        

Son xəbərlər

Orphus sistemi