Azad olunmuş ərazilərdə tapılan məzar yerlərinə dair xüsusi xəritələr tərtib edilib

Azad olunmuş ərazilərdə tapılan məzar yerlərinə dair xüsusi xəritələr tərtib edilib Ötən il toplanmış məlumatlar nəticəsində azad olunmuş ərazilərdə məzar yerlərinə dair xüsusi xəritələr tərtib edilib.
Daxili siyasət
18 Sentyabr , 2023 16:13
Azad olunmuş ərazilərdə tapılan məzar yerlərinə dair xüsusi xəritələr tərtib edilib

"Ötən il toplanmış məlumatlar nəticəsində azad olunmuş ərazilərdə tapılan məzar yerlərinə dair xüsusi xəritələr tərtib edilib".

“Report”un xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Kommisiyasının işçi qrupunun rəhbəri İsmayil Axundov “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, plana uyğun olaraq həmin məzar yerlərində qazıntı və ekshumasiya işləri həyata keçirilir: “Bununla yanaşı, Dövlət Komissiyasının İşçi qrupu məzar yerləri ilə bağlı məlumatların toplanması işini davam etdirir. Vətən müharibəsində əldə edilən qələbədən sonra qarşımızda yeni imkanlar açılıb, Prezident İlham Əliyev tərəfindən Dövlət Komissiyasının qarşısında yeni vəzifələr müəyyən edilib".

Son xəbərlər

Orphus sistemi