Azad olunan məhbusun anası: Hələ də inana bilmirəm

Azad olunan məhbusun anası: Hələ də inana bilmirəm 10 saylı cəzaçəkmə müəssisəsindən Azərbaycan Prezidentinin Əfv sərəncamı əsasında azadlığa buraxılan Nurlan Ataşovun anası Lətafət Ataşova oğlumun əfv olunduğunu televiziyadan eşitdiyini, şoka düşdüyünü, hələ də inana bilmədiyini deyib.
Daxili siyasət
26 May , 2024 12:20
Azad olunan məhbusun anası: Hələ də inana bilmirəm

10 saylı cəzaçəkmə müəssisəsindən Azərbaycan Prezidentinin Əfv sərəncamı əsasında azadlığa buraxılan Nurlan Ataşovun anası Lətafət Ataşova oğlumun əfv olunduğunu televiziyadan eşitdiyini, şoka düşdüyünü və hələ də inana bilmədiyini deyib.

“Report” xəbər verir ki, jurnalistlərlə söhbətində L. Ataşova ölkə başçısına humanist qərarına görə təşəkkür edib:

“Oğlumun azad olunacağını eşidən kimi Beyləqandan Bakıya yola düşdüm. Mən, əziz gündə məhbus analarına böyük sevinc yaşatdığı üçün cənab Prezidentə sonsuz təşəkkürümü bildirirəm.

Oğlum 2002-ci ildə anadan olub və 5 il 7 ay həbs cəzasına məhkum olunmuşdu. O, cəzasının digər hissəsindən azad olunub. Arzu edirəm ki, bütün analar mənim kimi sevinsinlər”.

Son xəbərlər

Orphus sistemi