Azad edilmiş ərazilərə qabaqcıl şəhərsalma qaydalarına uyğun yaşayış və qeyri-yaşayış kompleksləri tikiləcək

Azad edilmiş ərazilərə qabaqcıl şəhərsalma qaydalarına uyğun yaşayış və qeyri-yaşayış kompleksləri tikiləcək Azad edilmiş ərazilərə qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək
Daxili siyasət
22 İyul , 2022 12:16
Azad edilmiş ərazilərə qabaqcıl şəhərsalma qaydalarına uyğun yaşayış və qeyri-yaşayış kompleksləri tikiləcək

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaqdır.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Sənəddə qeyd olunub ki, əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək: "İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaqdır. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcəkdir. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaqdır".

Son xəbərlər

Orphus sistemi