Yuxarı
    Bağlamaq

    ​Müsavat Partiyasının Divan üzvü: “Açıq səsvermənin keçirilməsi azad, ədalətli seçki hesab edilə bilməz”

    “Azad seçkinin əsas prinsiplərindən biri gizlilikdir”

    Bakı. 28 sentyabr. REPORT.AZ/ "Açıq səsvermənin keçirilməsi gizlilik prinsiplərini pozur və bu, azad seçki hesab edilə bilməz. Azad seçkinin əsas prinsiplərindən biri gizlilikdir".

    Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının Divan üzvü Nemət Kərimli deyib.

    N.Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sonuncu qurultayına münasibət bildirərkən xatırladıb ki, Müsavat Partiyası qurultayında gizli səsverməni təmin edib: "Digər partiyaların da buna əməl etmələri tövsiyə olunur. Biz öz prinsiplərimizə sadiq qalaraq, seçkiləri gizli keçirdik. Müsavat qurultaydan güclənmiş çıxdı, parçalanma da olmadı. Düzdür, kiçik bir qrup vardı ki, Müsavatın Nizamnaməsinə qarşı çıxdıqlarına görə partiyadan xaric edildilər. Demokratiyada belə hallar olur".

    Qeyd edək ki, AXCP-nin qurultayında açıq səsvermədə Əli Kərimli yenidən sədr seçilib. Partiya sədrliyinə digər namizəd AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli isə səsvermə açıq keçirildiyindən namizədliyini geri götürüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi