Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə start verilib.
"Report" xəbər verir ki, qanunvericiliyə əsasən, namizədliyin qeydə alınması üçün seçki sənədləri və ilkin maliyyə hesabatı dairə seçki komissiyasına səsvermə gününə ən azı 30 gün qalmış - noyabrın 22-dək təqdim olunmalıdır.
Seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış - noyabrın 30-da başlanır və səsvermənin başlanmasına 24 saat qalmış - dekabrın 22-də dayandırılacaq
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək