Aygün Bayramova: Qarabağı cənnətə çevirəcəyik

Aygün Bayramova: Qarabağı cənnətə çevirəcəyik "Bir qarabağlı olaraq çox sevinirəm ki, insanlarımız artıq Böyük Qayıdışa hazırlaşırlar. Laçına və kəndlərinə, Füzuli şəhərinə, Zəngilana köç edirlər və çox xoşbəxtdirlər. Mən də istərdim ki, doğulduğum Ağdamda fəaliyyətimi davam etdirim",
Daxili siyasət
17 Aprel , 2024 13:41
Aygün Bayramova: Qarabağı cənnətə çevirəcəyik

"Bir Qarabağlı olaraq çox sevinirəm ki, insanlarımız artıq "Böyük Qayıdış"a hazırlaşırlar. Laçına və kəndlərinə, Füzuli şəhərinə, Zəngilana köç edirlər, çox xoşbəxtdirlər. Mən də istərdim ki, doğulduğum Ağdamda fəaliyyətimi davam etdirim".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycanın Xalq artisti Aygün Bayramova deyib.

O öz fəaliyyət sahəsində uğur qazanmış insanları birliyə çağırıb:

“Mən öz sahəsində uğurlu olan bütün şəxslərə çağırış edirəm ki, onlar işğaldan azad olunan torpaqlara gələrək buraların dirçəldilməsi üçün addımlar atsınlar. İnanıram ki, bütöv Qarabağda və işğaldan azad olunmuş digər ərazilərdə əl-ələ verərək buraları cənnətə çevirəcəyik”.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.

Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

Xalq artisti Aygün Bayramovanın iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik:

Son xəbərlər

Orphus sistemi