Yuxarı

​AXCP sədrinin müavini: "Xədicə İsmayılın şantaj xarakterli yazılara üstünlük verməsini düzgün saymıram"

Ona haqq vermirəm ki, barəmdə bu cür fikirlər səsləndirsin

Bakı. 19 noyabr. REPORT.AZ/ "Xədicə İsmayılın şantaj xarakterli yazılara üstünlük verməsini, məsələni araşdırmadan hansısa şəxslərin üzərinə getməsini düzgün saymıram. Onun dediklərinə etiraz edirəm, mənim şəxsiyyətimdə heç zaman ikiləşmə olmayıb".

Bunu "Report"a Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayev jurnalist Xədicə İsmayılın ittihamlarına cavab verərkən deyib.

R.Nurullayev qeyd edib ki, X.İsmayılın dedikləri jurnalist yanaşması deyil, şəxsi motivlərdən qaynaqlanır: "Ona haqq vermirəm ki, barəmdə bu cür fikirlər səsləndirsin. Onunla münasibətim olmayıb, sadəcə, tədbirlərdə salamlaşmışıq. Xədicə xanımın mənə münasibəti həmişə mənfi olub. Onun qısqanclığının nədən qaynaqlandığı bəlli deyil".

Qeyd edək ki, X.İsmayıl R.Nurullayevi donorlarla bağlı səsləndirdiyi fikrə görə onu "hakimiyyətə işləməkdə" ittiham edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi