Yuxarı

AXCP Rəyasət Heyətinin üzvü sərbəst buraxılıb

Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsində Sahib Kərimlidən izahat alınıb

Bakı. 7 iyul. REPORT.AZ / Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Sahib Kərimli Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə çağırılıb.

S.Kərimli "Report"a açıqlamasında deyib ki, polis bölməsinə dəvət olunmasının səbəbi AXCP-nin Nərimanov rayon təşkilatının təşkilati məsələlələr şöbəsinin sabiq müdiri Ağaşirin Tanrıverdioğlunun şikayəti ilə bağlı olub: "Şikayətlə bağlı izahatımı aldılar. İzahatımda Ağaşirin Tanrıverdioğlu ilə aramda mübahisə olduğunu və ona bir sillə vurduğumu etiraf etdim".

S.Kərimli bildirib ki, məsələ araşdırıldığından yenidən polis bölməsinə çağırılacaq.

Xatırladaq ki, A.Tanrıverdioğlu "facebook" sosail şəbəkəsində yazdığı statusa görə S.Kərimlinin onu döydüyünü iddia edərək polisə şikayət edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi