AXCP parlament seçkilərinə hazırlaşır

AXCP parlament seçkilərinə hazırlaşır "May ayına qədər qurultayın keçirilməsi gözlənilir"
Daxili siyasət
17 Fevral , 2015 17:46
AXCP parlament seçkilərinə hazırlaşır

Bakı. 17 fevral. REPORT.AZ/ "AXCP parlament seçkilərində Milli Şura ilə birgə iştirak edəcək. Milli Şura seçkilərlə bağlı nə vaxt qərar verəcəksə, partiya da həmin vaxt aktiv hazırlığa start verəcək".

Bunu "Report"a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov deyib.

O bildirib ki, AXCP-də parlament seçkilərinə hazırlıq gedir, bu istiqamətdə partiyanın rayon şöbələri ilə məsləhətləşmələr aparılır.

AXCP Ali Məclisinin sədri deyib ki, may ayına qədər qurultayın keçirilməsi gözlənilir: "Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi bir neçə rayonda konfranslar keçirib. Bu istiqamətdə işlər davam edir. May ayına qədər qurultaya hazırlıq işlərini yekunlaşdıracağıq. Təbii ki, qurultayın keçirilməsi bu işlərin yekunlaşmasından asılı olacaq".

H.Kərimov Müsavat Partiyasının AXCP-yə əməkdaşlıq təklif etməsinə də toxunub: "AXCP özünü müxalif sayan bütün partiyalarla əməkdaşlığa hazırdır. Kim mübarizə aparacaqsa, onunla əməkdaşlıq edəcəyik. Amma hələlik bu məsələni gündəliyə çıxarmamışıq".

Son xəbərlər

Orphus sistemi