​AXCP-nin sabiq funksioneri partiya rəhbərliyini və "Azadlıq" qəzetini məhkəməyə verib

​AXCP-nin sabiq funksioneri partiya rəhbərliyini və "Azadlıq" qəzetini məhkəməyə verib "Partiya rəhbərliyi 156 min dollarlıq təzminat ödəməlidir"
Daxili siyasət
27 May , 2015 13:19
​AXCP-nin sabiq funksioneri partiya rəhbərliyini və Azadlıq qəzetini məhkəməyə verib

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatının təşkilati məsələlələr şöbəsinin sabiq müdiri Ağaşirin Tanrıverdioğlu partiya rəhbərliyini və "Azadlıq" qəzetini məhkəməyə verib.

A.Tanrıverdioğlu "Report"a açıqlamasında iddia ərizələrini 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə təqdim etdiyini bildirib.

O, AXCP rəhbərliyini və qəzeti məhkəməyə verməsinin səbəblərini də açıqlayıb: "Ömrümün 26 ilini AXCP-yə həsr etmişəm. Amma bunlar məni qanunsuz olaraq partiyadan xaric ediblər. Partiya rəhbərliyini məhkəməyə vermişəm ki, onlar məndən üzr istəsin. Ya da 156 min dollar məbləğində təzminat ödəməlidirlər. "Azadlıq" qəzetindən də təzminat tələb edirəm. Çünki həmişə bu qəzetə dəstək olmuşam, ianələr vermişəm. Amma bunlar mən partiyadan çıxarılandan sonra mövqeyimi dərc etməyiblər. Ona görə ki, qəzet AXCP sədri Əli Kərimliyə xidmət edir".

AXCP rəhbərliyi məsələyə münasibət bildirməkdən imtina edib.

Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatının sonuncu müşavirəsində Ağaşirin Tanrıverdioğlunun fəaliyyətinə baxılıb və onun partiyadan xaric edilməsi barədə qərar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi