AXCP-nin qurultayı keçirilir

AXCP-nin qurultayı keçirilir Qurultayda 300-dən çox nümayəndə qeydiyyatdan keçib
Daxili siyasət
27 Sentyabr , 2015 11:33
AXCP-nin qurultayı keçirilir

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) VI (IX) qurultayı keçirilir. 

"Report"un məlumatına görə, AXCP sədri, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Əli Kərimli deyib ki, partiyanın 65 rayon təşkilatında konfrans keçirilib, qurultaya 358 nümayəndə seçilib. O bildirib ki, hazırda qurultayda 300-dən çox nümayəndə qeydiyyatdan keçib, bununla qurultayın keçirilməsi üçün yetərsay təmin edilib.

Sonra say, mandat komissiyası və sədarətin tərkibi müəyyənləşib.

Qeyd edək ki, qurultaya Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) dəvət olunmayıb.

Son xəbərlər

Orphus sistemi