​AXCP iqtidar-müxalifət görüşünə qatılmayacaq

​AXCP iqtidar-müxalifət görüşünə qatılmayacaq Partiya müzakirələrin sonunda görüşə qatılmamaq qərarı verib
Daxili siyasət
14 May , 2015 09:17
​AXCP iqtidar-müxalifət görüşünə qatılmayacaq

Bakı. 14 may. REPORT.AZ/ Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mayın 15-də keçiriləcək iqtidar-müxalifət görüşünə qatılmayacaq.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Report"a açıqlamasında bildirib ki, iqtidarla müxalifət arasında keçiriləcək növbəti görüşdə iştirakla bağlı Azərbaycan Prezidenti Administrasiyasından göndərilən dəvəti müzakirə ediblər. Onun sözlərinə görə, müzakirələrin yekununda görüşə qatılmamaqla bağlı qərar qəbul edilib.

Xatırladaq ki, iqtidarla müxalifətin sonuncu görüşü fevralın 12-də keçirilib. Görüşdə 17 siyasi partiyanın rəhbəri iştirak edib. Növbəti görüş mayın 15-də olacaq. 

Son xəbərlər

Orphus sistemi