Bakı. 11 aprel. REPORT.AZ/
"Report"un məlumatına görə, AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qeyd edib ki, saat 19:00-a olan seçici fəallığı, təxminən, 65-66% təşkil edib: "Bəzi məntəqələrdə cüzi texniki çatışmazlıqlar olsa da, bu, səsvermənin gedişinə və seçkilərin nəticəsinə təsir etməyib. Rayonlardan Qusarda seçici fəallığı yüksək olub. Bakı şəhərində isə Xəzər rayonunda yüksək seçici fəallığı müşahidə olunub".
O qeyd edib ki, namizədlərin neçə faiz səs yığması hələ hesablanmayıb, irəliləyən saatlarda faizlər açıqlanacaq.