Beynəlxalq müşahidəçilər Xankəndidə səsvermə prosesini izləyiblər

Beynəlxalq müşahidəçilər Xankəndidə səsvermə prosesini izləyiblər Özbəkistan, Serbiya, Belarus və Moldovadan olan xarici müşahidəçilər Xankəndi şəhərində yerləşən seçki məntəqəsində səsvermə prosesini izləyiblər.
Daxili siyasət
7 Fevral , 2024 15:26
Beynəlxalq müşahidəçilər Xankəndidə səsvermə prosesini izləyiblər

Özbəkistan, Serbiya, Belarus və Moldovadan olan beynəlxalq müşahidəçilər Xankəndi şəhərində yerləşən seçki məntəqəsində səsvermə prosesini izləyiblər.

Bu barədə "Report"un Qərb bürosunun şəhərə ezam olunan əməkdaşı xəbər verir.

Müşahidəçilər 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsində olublar.

Onlara seçki prosesi barədə məlumat verilib.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi