ATƏT müşahidə missiyasının koordinatoru: “Məqsədimiz seçkinin standartlara uyğun olub-olmamasını qiymətləndirməkdir”

ATƏT müşahidə missiyasının koordinatoru: “Məqsədimiz seçkinin standartlara uyğun olub-olmamasını qiymətləndirməkdir” ATƏT-in seçki müşahidə missiyası bizim bütün ölkələrdə həyata keçirdiyi ümumi bir layihədir.
Daxili siyasət
7 Fevral , 2024 13:18
ATƏT müşahidə missiyasının koordinatoru: “Məqsədimiz seçkinin standartlara uyğun olub-olmamasını qiymətləndirməkdir”

ATƏT-in seçki müşahidə missiyası bizim bütün ölkələrdə həyata keçirdiyimiz ümumi bir layihədir.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının Xüsusi Koordinatoru və rəhbəri Artur Gerasimov deyib.

O qeyd edib ki, layihəyə ATƏT PA-dan olan qısa müddətli müşahidəçilər, ATƏT DTİHB olan uzun müddətli müşahidəçilər və DTİHB olan qısa müddətli müşahidəçilər daxildir:

“Müşahidəçilərin ümumi sayı üç yüzdən çoxdur. Onlar Bakıda, Sumqayıtda, Naxçıvanda və ölkənin digər regionlarında seçkini müşahidə edirlər”.

O qeyd edib ki, müşahidənin məqsədi seçkilərin standartlara uyğun olub-olmamasını müəyyən etməkdir.

“Burada aydın prinsiplər, standartlar, prosedur qaydalar var. Biz seçkinin bu qaydalara uyğun keçirilib-keçirilməməsini qiymətləndiririk. Bu qaydalar 1990-cı ildə qəbul olunmuş Kopenhagen sənədində əks olunub. Bizim müşahidəçilərimizin hamısı ciddi təlimdən keçib. Eyni zamanda onlar müşahidə ilə yanaşı, ölkədəki müxtəlif tərəflərlə görüşlər keçirib, məlumatlar alıblar”, - A.Gerasimov deyib.

Son xəbərlər

Orphus sistemi