Astarada Xocalı faciəsinin ildönümü qeyd edilib.
“Report”un Cənub bürosu xəbər verir ki, XX əsrin ən ağır müsibətlərindən biri olan Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib.
Tədbirdə iştirak edən rayon rəhbərliyi, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, qazilər və şəhid ailələri əvvəlcə rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımından bəhs edən foto-sərgi ilə tanış olublar.
Xocalı şəhidləri, Azərbaycan torpağının bütövlüyü uğrunda şəhid olan digər soydaşlarımızın və fevralın 6-da zəlzələ nəticəsində qardaş Türkiyədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı soyqırımından bəhs edən film nümayiş olunub.
Kakalos Xalq teatrı kollektivinin və məktəblilərin ifasında kompozisiya təqdim edilib. Qeyd edilib ki, bəşər tarixində analoqu olmayan bu qanlı soyqırımı Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş acı bir kədər, dərin bir üzüntüdür.