“ASAN Xidmət”in daha iki şöbə müdiri Kənd Təsərrüfatı Nazirliyində vəzifəyə təyin olunub

“ASAN Xidmət”in daha iki şöbə müdiri Kənd Təsərrüfatı Nazirliyində vəzifəyə təyin olunub Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) daha iki işçisinə Kənd Təsərrüfatı Nazirliyində vəzifə verilib.
Daxili siyasət
30 Aprel , 2018 17:21
“ASAN Xidmət”in daha iki şöbə müdiri Kənd Təsərrüfatı Nazirliyində vəzifəyə təyin olunub
Report

Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) daha iki işçisinə Kənd Təsərrüfatı Nazirliyində vəzifə verilib.

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov bildirib.

O bildirib ki, Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri İlhamə Qədimova Nazirliyin Hüquq şöbəsinin müdiri, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev isə Nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bundan qabaq Dövlət Agentliyinin iki işçisi - Anar Hüseynov və Sarvan Cəfərova Kənd Təsərrüfatı Nazirliyində vəzifə verilib.

Xatırladaq ki, aprel ayının 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Agentliyinin sədri İnam Kərimov vəzifəsindən azad edilərək kənd təsərrüfatı naziri təyin olunub.

Son xəbərlər

Orphus sistemi