"ASAN xidmət"də yardımçı xidmətlərin sayı 111-ə çatdırılıb 

"ASAN xidmət"də yardımçı xidmətlərin sayı 111-ə çatdırılıb  “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikli
Daxili siyasət
11 Fevral , 2021 09:56
ASAN xidmətdə yardımçı xidmətlərin sayı 111-ə çatdırılıb 
Report

Ötən il Kənd Təsərrüfatı Nazirliyi “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının siyahısına əlavə edilib.

"Report" xəbər verir ki, bu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2020-ci il üzrə hesabatında öz əksini tapıb.

Bildirilib ki, qeyd edilən fərmanla müəyyən olunmuş xidmətlərlə birlikdə mərkəzlərdə 11 dövlət orqanı tərəfindən 53 əsas xidmət (alt qruplar üzrə 140 xidmət) təşkil edilib.

“ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may tarixli 890 nömrəli Fərmanına əsasən “Azərişıq” ASC, “Azəriqaz” İB və “Azərsu” ASC tərəfindən 52 kommunal xidmət “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təşkil edilib.

Eyni zamanda, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşlara təqdim edilən funksional yardımçı xidmətlərin sayı 111-ə çatdırılıb. Beləliklə, mərkəzlərdə ümumilikdə 300-dən çox xidmətin təşkil edilməsi təmin olunub.

Son xəbərlər

Orphus sistemi