​Arif Hacılı: “Müsavat Partiyasından 14 nəfər xaric edilib, 100-dək üzv isə özü çıxıb”

​Arif Hacılı: “Müsavat Partiyasından 14 nəfər xaric edilib, 100-dək üzv isə özü çıxıb” “Bəzi fikir ayrılıqları da oldu”
Daxili siyasət
6 Oktyabr , 2015 14:44
​Arif Hacılı: “Müsavat Partiyasından 14 nəfər xaric edilib, 100-dək üzv isə özü çıxıb”

Bakı. 6 oktyabr. REPORT.AZ/ “Müsavat Partiyasının sonuncu qurultayı Azərbaycanın siyasi həyatına təsir etdi. Qurultayla nümunə ortaya qoyduq. Amma bəzi fikir ayrılıqları da oldu. Bu da normal haldır”.

“Report”un məlumatına görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qurultaydan sonra Azərbaycan cəmiyyətində Müsavat Partiyasının strukturları ilə bağlı müəyyən narahatlıq olub: “Ötən dövrdə partiyanın bütün strukturları yenidən qurulub. Bütün bu işlər demokratik prinsiplərə uyğun olaraq aparılıb. Deyə bilərəm ki, Müsavat Partiyası qurultaydan sonra xeyli gücləndirilib”.

Müsavat başqanı bildirib ki, bəzi qüvvələrin partiyanı parçalamaq cəhdləri uğursuzluğa düçar olub: “Qurultaydan sonra Müsavat Partiyasının Nizamnaməsini pozan 14 nəfəri partiyadan xaric etmişik, partiyadan təxminən 100-dək üzv isə özü çıxıb. Amma bunun əvəzində partiyaya xeyli üzv qəbul olunub”.

Son xəbərlər

Orphus sistemi