Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yeni rəis təyin olunub

Daxili siyasət
  • 23 dekabr, 2021
  • 13:46
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yeni rəis təyin olunub
Məmməd Abbasbəyli

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yeni rəis təyinatı olub.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla bu posta Məmməd Aslan oğlu Abbasbəyli gətirilib.

Qeyd edək ki, M.Abbasbəyli bu təyinatadək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsində işləyib.