Anar Bağırov vəkilliyə namizədlərin təlimlərdən uzaqlaşdırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Anar Bağırov vəkilliyə namizədlərin təlimlərdən uzaqlaşdırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib Bakı. 9 may. REPORT.AZ/ Hazırda qüvvədə olan Vəkillər və vəkillik haqqında qanunun tələblərinə əsasən ixtisas imtahanlarında uğur qazana bilməyən namizədlər yalnız bir ildən sonra İxtisas Komissiyasının qərarı ilə təkrar imtahan verə bilərlər.
Daxili siyasət
9 May , 2018 12:54
Anar Bağırov vəkilliyə namizədlərin təlimlərdən uzaqlaşdırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Bakı. 9 may. REPORT.AZ/ "Hazırda qüvvədə olan "Vəkillər və vəkillik haqqında" qanunun tələblərinə əsasən ixtisas imtahanlarında uğur qazana bilməyən namizədlər yalnız bir ildən sonra İxtisas Komissiyasının qərarı ilə təkrar imtahan verə bilərlər".

"Report"un məlumatına görə, bunu jurnalistlərə Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, hazırda bu məsələ üzərində təhlillər, araşdırmalar aparılır: "Rəyasət Heyətinin mövqeyi ondan ibarətdir ki, test imtahanında uğur qazana bilməyən namizədlərə bəlkə də bu cür məhdudiyyətin şamil edilməsi məqsədəuyğun deyil. Ümid edirik ki, yaxın günlərdə bununla bağlı Vəkillər Kollegiyasının təklifləri aidiyyəti qurumlar tərəfindən nəzərdən keçiriləcək. Biz inanırıq ki, həmin məhdudiyyət aradan götürüləcək".

A.Bağırov təlimlərə cəlb edilən namizədlərin uzaqlaşdırılması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Bu, qətiyyən mümkün deyil. Heç kəs təlim zamanı uzaqlaşdırılmayıb. Bəzi namizədlər üzrlü səbəbdən, məsələn səhhətləri, tədrisləri ilə bağlı Kollegiyaya müraciət edib, təlimin vaxtını təxirə salıblar. Biz bunu nəzərə alırıq. Bu, könüllülük əsasında olur. Kimsə müraciət edirsə, Vəkillər Kollegiyasının İxtisas Komissiyası, Rəyasət Heyəti bu müraciətlərə hörmətlə yanaşaraq güzəştə gedir".

Son xəbərlər

Orphus sistemi