Anar Bağırov: Vəkillər Kollegiyası 7 min kvadratmetrdən çox əmlaka sahibdir

Anar Bağırov: Vəkillər Kollegiyası 7 min kvadratmetrdən çox əmlaka sahibdir Vəkillər Kollegiyası 7 min kvadratmetrdən çox əmlaka sahibdir
Daxili siyasət
28 Dekabr , 2024 10:35
Anar Bağırov: Vəkillər Kollegiyası 7 min kvadratmetrdən çox əmlaka sahibdir

Vəkillər Kollegiyası 7 min kvadratmetrdən çox əmlaka sahibdir.

"Report" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr - Vəkil Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakıda Vəkillər Kollegiyasının hesabına yeni bina inşa ediləcək:

"Hazırda Gəncə Şəhər Prokurorluğunun keçmiş binası bizə verilib. "Bakı Abadlıq Xidməti" MMC paytaxtda Vəkillər Kollegiyasının yeni binasını inşa edəcək. Bu işlər Vəkillər Kollegiyasının maliyyəsi hesabına həyata keçiriləcək".

A.Bağırov bildirib ki, keçmiş SSRİ dövründə vəkillik peşəsi müstəqil olmayıb:

"Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra vəkilliyə münasibət dəyişdi. Vəkillər Kollegiyası hər zaman cəmiyyətə daha yaxın olmağa çalışıb. Beynəlxalq əməkdaşlığı gücləndirmişik. Vəkilliyə gələn hüquqşünasların 70 faizdən çoxu gənclərdir. Azərbaycan vəkilləri peşə sahəsində elektron xidmətlərə üstünlük verirlər. Bu, vəkillərin vaxtına qənaət etməsinə kömək olur".

Son xəbərlər

Orphus sistemi