ANAMA: Kəlbəcərlə bağlı verilən mina məlumatları qeyri-dəqiq, etibarsızdır

ANAMA: Kəlbəcərlə bağlı verilən mina məlumatları qeyri-dəqiq, etibarsızdır Ermənistan tərəfi növbəti dəfə Azərbaycana qeyri-dəqiq mina sahələrinin qeydlərini təqdim edib.
Daxili siyasət
12 Fevral , 2024 13:06
ANAMA: Kəlbəcərlə bağlı verilən mina məlumatları qeyri-dəqiq, etibarsızdır

Kəlbəcər rayonunun Murov dağları silsiləsi ətrafındakı minalanmış əraziləri əhatə edən məlumatlar əvvəlki kimi qeyri-dəqiq, etibarsız və natamamdır.

Bu barədə "Report"a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd edilib ki, Ermənistan tərəfi növbəti dəfə Azərbaycana qeyri-dəqiq mina sahələrinin qeydlərini təqdim edib.

Xatırladaq ki, ANAMA-nın bu gün yaydığı digər məlumata görə, Ermənistan işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib. Lakin əvvəl olduğu kimi, son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi