"Azadlığa çıxan məhkumların cəmiyyətə adaptasiya məsələsi ilə bağlı tətbirlər görülüb".
"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 noyabr-Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, amnistiya nəticəsində azadlığa çıxan məhkumların cəmiyyətə adaptasiyası işləri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olur: “Bildiyim qədər bu mərkəz Mərəzə qəsəbəsində yerləşir. Həmin məhkumlar reabilitasiya və adaptasiya prosesi çərçivəsində müraciət edərək zəruri yardımlar ala bilərlər.
Eyni zamanda, hər bir azadlığa çıxan məhkumun əmək haqqının 4 miqdarı qədər yardım edilməsi var. Hər bir məhkum dövlətin diqqət mərkəzində saxlanılır”.