Baş Prokurorluq: "Hərbi xidmət əleyhinə cinayət törədən 45 şəxs amnistiyaya düşüb"

Baş Prokurorluq: "Hərbi xidmət əleyhinə cinayət törədən 45 şəxs amnistiyaya düşüb" Amnistiya Aktının tətbiq edildiyi ekoloji, hərbi xidmət əleyhinə olan, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyinə olan cinayətlər törətmiş şəxslərin sayı açıqlanıb.
Daxili siyasət
6 Dekabr , 2021 15:39
Baş Prokurorluq: Hərbi xidmət əleyhinə cinayət törədən 45 şəxs amnistiyaya düşüb

Ekoloji, hərbi xidmət əleyhinə, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə cinayət törədən və 8 Noyabr - Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”a bildirilib ki, Amnistiya Aktı ekoloji cinayətlər törətmiş 48, hərbi xidmət əleyhinə olan cinayətlər törətmiş 45, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyinə olan cinayətlər törətmiş 220 şəxsə tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi