Yuxarı

​AMİP parlament seçkilərində iştirak formatını müəyyənləşdirib

Bu barədə qərar Siyasi Şuranın iclasında qəbul olunub

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bu il keçiriləcək parlament seçkilərində təkbaşına iştirak edəcək.

AMİP-in baş katibi Arzuxan Əlizadənin "Report"a verdiyi məlumata görə, bu barədə qərar Siyasi Şuranın sonuncu iclasında qəbul olunub.

İclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Qərara gəlinib k, AMİP parlament seçkilərinə qatılsın və seçkidə təkbaşına iştirak etsin.

A.Əlizadə bildirib ki, seçkiöncəsi demokratik mühitin formalaşması, seçkiyə nəzarətin təşkili, bəzi dairələrdə daha şanslı namizədin müəyyənləşməsi gündəmdə saxlanılacaq. İclasda bu işlərin nəzarətdə saxlanılması ilə bağlı Siyasi Şuraya əlavə səlahiyyətlər verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi